DÇ-2022: Uoker ilk turu buraxacaq
17.11.2022 - 16:52
İngiltərə millisinin futbolçusu Kayl Uoker DÇ-2022-nin ilk oyununu buraxacaq.
Apasport.az saytının məlumatına görə, buna müdafiəçisinin zədəsini hələ tam sağaltmaması səbəb olub.
“Mançester Siti”nin futbolçusu Premyer Liqanın IX turunun “Mançester Yunayted”lə görüşündə (6:3) xəsarət alıb. Sonradan əməliyyat olunan Kayl noyabrın 21-dəki matça hazır ola bilməyəcək.
Qeyd edək ki, İngiltərə ilk turda İranla qarşılaşacaq.
0
0