Abdullah Zubir: "Bu addımı atmağa hazırıq"
22.08.2022 - 21:44
Abdullah Zubir: "Bu addımı atmağa hazırıq"

“Rəqibi təhlil etdik, ötən həftə yaxşı tanıdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsində Çexiya çempionu “Viktoriya” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Fransalı yarımmüdafiəçi Plzendəki qarşılaşma öncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Viktoriya” ilə oyuna fiziki və taktiki baxımdan hazırıq. Sabah mübarizə, yaxşı oyunla uğurlu nəticə qazanmağa və Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq. 

Zubir Çempionlar Liqasının qrupuna düşməyin onun üçün vacib olduğunu söyləyib: “Bu turnirin qrupunda heç vaxt oynamamışam. Mən və komanda yoldaşlarım bu addımı atmağa hazırıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

writer photo
Əlirza Əlirzalı
0