De Xea “Bavariya”ya “hə” dedi
16.08.2023 - 22:34
De Xea “Bavariya”ya “hə” dedi

İspaniyalı qapıçı David de Xea karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper “Bavariya”ya keçidə razılıq verib.

Münhen təmsilçisi azad agent statusuna malik Davidi bu yay heyətində görmək istəyir. Əgər “Mançester Siti”nin qapıçısı Ştefan Orteqanın keçidi baş tutmasa, de Xea “Bavariya” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted”də forma geyinən qolkiperin müqaviləsi bu yay başa çatıb. 
 

writer photo
Əlirza Əlirzalı
0