De Xea “Mançester Yunayted”i tərk edir?
10.06.2023 - 00:56
De Xea “Mançester Yunayted”i tərk edir?

David De Xeanın “Mançester Yunayted”dəki gələcəyi sual altındadır.

Apasport.az-ın məlumatına görə, ispaniyalı qapıçı bu barədə sosial şəbəkədə paylaşım edib.

De Xeanın paylaşımı belə olub: “İstirahət. Toplanmaq. Qərar vermək”. Bundan sonra qapıçının Mançester klubundan ayrılma ehtimalını yüksək olduğu bildirilib. Klubla qapıçı arasındakı müqavilə iyunun sonunda bitsə də, tərəflər yeni iki illik razılaşma əldə ediblər. Amma “Mançester Yunayted”in ərəb şeyxlərinə satılma ehtimalı bu məsələni arxa plana atıb. Bu səbəbdən də David digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0