Dembele “Top-5” liqaların lideridir
29.08.2022 - 14:45
Dembele “Top-5” liqaların lideridir

“Barselona”nın hücumçusu Usman Dembele La Liqanın III turunda “Valyadolid”lə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, fransalı ön xətt oyunçusu Kataloniya klubunun 4:0 hesablı qələsəbinin memarlarından olub.

Bununla 25 yaşlı futbolçu 2022-ci ildə daxili birincilikdə assist sayını 13-ə yüksəldib. Maraqlıdır ki, Dembele “böyük beşlik” ölkələrinin çempionatlarındakı futbolçular arasında ən yaxşı göstəriciyə malikdir.

Qeyd edək ki, ilk 3 turda aktivinə 7 xal yazdıran “Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0