Depay qışı gözləyəcək
06.09.2022 - 23:19
Depay qışı gözləyəcək

“Barselona”nın futbolçusu Memfis Depay gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, niderlandlı hücumçu qış fasiləsinə qədər klubunu dəyişməyəcək.

Depay transfer pəncərəsi hələ açıq olan ölkələrin klublarının maraq dairəsindədir. Lakin Memfis “Böyük beşlik”dən kənar variantları nəzərdən keçirməyəcək.

Hazırda “Barselona”nın hücum xəttində Xavi üçün 6-cı variant olan Depay qış transfer dövrünə qədər özünü sübut etməyə çalışacaq. Baxmayaraq ki, cari mövsümdə hələ də şans qazanmayıb.

Qeyd edək ki, niderlandlı ötən mövsümün 38 matçında 13 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0