“Mançester Siti”yə keçiddən imtinanın səbəbi
03.11.2023 - 16:53
“Mançester Siti”yə keçiddən imtinanın səbəbi

Türkiyəli futbolçu Feytullah Gürlükün “Mançester Siti”yə keçidinin baş tutmamasının səbəbi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu 20 yaşlı hücumçunun özü açıqlayıb.

O, Rusiya təmsilçisi “Orenburq”a üstünlük verməsinə aydınlıq gətirib: "Orenburq”a keçməzdən əvvəl "Mançester Siti"dən real maraq var idi. Amma burada oynamaq şansım daha çox olduğu üçün "Orenburq"u seçdim".

Qeyd edək ki, Türkiyə gənclər yığmasının üzvü olan istedad “Altınordu”nun yetirməsidir.

writer photo
Əlirza Əlirzalı
0