Di Mariya PSJ ilə vidalaşdı
20.05.2022 - 17:34
Di Mariya PSJ ilə vidalaşdı

Anxel Di Mariya PSJ ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Argentina millisinin üzvü komanda yoldaşları ilə birlikdə çəkdirdiyi şəkli paylaşıb və vida mesajı yayımlayıb. Di Mariya rəhbərliyə və komanda yoldaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, PSJ ilə müqaviləsi gələn ayın sonuna qədər olan Anxel Di Mariyanın “Yuventus”a keçməsi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0