Diabiyə Premyer Liqadan müştəri
21.11.2022 - 23:39
Diabiyə Premyer Liqadan müştəri

“Bayer”in futbolçusu Mussa Diabi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu “Arsenal”ın hədəfinə düşüb.

“Topçular” 23 yaşlı forvardı qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Londonlular Diabinin əvəzinə müdafiəçi Sedrik Soareşi də verməyə razıdır.

Qeyd edək ki, fransalı hücumçu mövsümün 22 matçında 8 qol və 4 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0