Messi və Ronaldonu geridə qoydu: Qarşınızda Mbappe
19.11.2023 - 14:09
Messi və Ronaldonu geridə qoydu: Qarşınızda Mbappe

Klian Mbappe Ronaldo və Messini qabaqlayıb.

Apasport.az xəbər verir ki, Fransa millisinin kapitanı AVRO-2-24-ün seçmə mərhələsinin Cəbəllütariqlə (14:0) oyununda het-trik edib.

PSJ-nin forvardı 407-ci rəsmi matçında  300-cü qolunu vurub. O, klub səviyyəsində 254, millidə isə 46 dəfə fərqlənib. 
Bununla da Mbappe 24 yaşında 300 qol həddinə çataraq, "İnter Mayami"dən Lionel Messi və "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldonu qabaqlayıb. 

Maraq üçün bildirək ki, Messi bu qol həddinə çatmaq üçün 418, Ronaldo isə 554 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0