“Dənizçilər” əsas qapıçısı ilə yolları ayırdı
05.06.2024 - 13:43
“Dənizçilər” əsas qapıçısı ilə yolları ayırdı

“Səbail” komandası əsas qapıçısı Səlahət Ağayevlə vidalaşıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti başa çatıb.

Qeyd edək ki, “Səbail” daha əvvəl Ağabala Ramazanov və Adil Nağıyevlə yollarını ayırıb.

writer photo
Əlirza Əlirzalı
0