Diasa iki təklif
14.06.2023 - 09:48
Diasa iki təklif

“Real”ın sabiq futbolçusu Mariano Dias Səudiyyə Ərəbistanından təklif alıb.

Apasport.az saytının məlumatına görə, iyunun əvvəlində İspaniya nəhəngindən ayrılan hücumçu iki klubun maraq dairəsindədir.

“Əl-Şəbəb” Marianoya ildə 7 milyon avro təklif edib. Bu, forvardın aldığı ən cəlbedici variantdır. Onun xidmətində daha bir klub – “Əl-Fateh”in də maraq dairəsindədir.

Qeyd edək ki, Dias “Real”da oynadığı müddətdə 13 titul qazanıb.

writer photo
Əlirza Əlirzalı
0