"Qarabağ" "pley-off"a darmadağınla yüksəldi! - YENİLƏNİB
14.08.2024 - 00:40
"Qarabağ" "pley-off"a darmadağınla yüksəldi!  - YENİLƏNİB </b>

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan təmsilçisi "Ludoqorets" ilə səfərdə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanmışdılarsa, bu dəfə "köhlən atlar" rəqibi darmadağın etdilər - 2:7

Qeyd edək ki, "Qarabağ"  Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

İlk oyun - 2:1

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" 2:7

Qol: Juninyo, 7, Y. Benzia, 45, 118, P. Andrade, 45 +, 112, T. Bayramov, 92, R. Çiça, 110 - K. Dua, 13, 23

"Ludoqorest": 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua

Baş məşqçi: Georgi Dermençiyev

"Qarabağ": 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olivio Juninyo

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti (hamısı İtaliya)

VAR: Gianluca Aureliano (İtaliya)

AVAR: Marco Serra (İtaliya)

Razqrad. "Ludoqorets Arena"

 

writer photo
Əlirza Əlirzalı
0