Mourinyo “Beşiktaş” rəsmiləri ilə görüşüb
20.05.2024 - 13:46
Mourinyo “Beşiktaş” rəsmiləri ilə görüşüb

"Real Madrid" və "Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatında çıxış edə bilər. 

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə Super Liqanın 2 nəhəng klubu maraqlanır: "Beşiktaş" və "Fənərbaxça". 

“Qara-ağlar”ın rəsmiləri Mourinyo ilə görüşüb. Vitse-prezident Yücel və onu müşayiət edən menecerlər Onur Göçmez və Burak Aslanın iştirak etdiyi toplantıda məşhur məşqçiyə komandanın vəziyyəti, transfer büdcəsi və gələcək planları barədə məlumat verilib. 

Bu görüşdən 2 həftə sonra "qartallar"ın 3 meneceri İtaliyaya gedib və Mourinyo ilə yenidən masaya əyləşiblər. Portuqaliyalı təklifə müsbət yanaşdığını, lakin digər klublardan da müraciətlərin olduğunu bildirib. 

Bununla yanaşı, "Fənərbaxça"nın prezidentliyə namizədi Aziz Yıldırım Mourinyo ilə görüşdüklərini bildirmişdi. 

Qeyd edək ki, Joze 2024-cü ilin yanvarında “Roma” ilə yollarını ayırıb. Daha əvvəl mətbuatda Mourinyonun “Mançester Yunayted”ə qayıtmaq istədiyi barədə xəbərlər yayılmışdı.

writer photo
Əlirza Əlirzalı
0