Dörd futbolçu “Mançester Yunayted”ə lazım olmadı
14.09.2022 - 17:58
Dörd futbolçu “Mançester Yunayted”ə lazım olmadı

“Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin II turunun “Şerif”lə oyununa 22 futbolçu ilə yollanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Erik Ten Haq 4 futbolçunun xidmətindən imtina edib.

Bunlar Markus Reşford, Aaron Van-Bissaka, Antoni Marsial və Donni van de Bekdir. Baş məşqçi bu oyunçuları Moldova səfərində görmək istəyib. Portuqaliyalı ulduz Kriştiano Ronaldo isə 22 nəfərlik heyətdə yer alıb.

Qeyd edək ki, “Şerif” – “Mançester Yunayted” oyunu sentyabrın 15-də Tiraspolda keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0