Dudek: “Messi təxribatçı, Ronaldo eqoistdir”
10.10.2022 - 20:31
Dudek: “Messi təxribatçı, Ronaldo eqoistdir”

“Real” və “Liverpul”da çıxış etmiş polşalı sabiq qapıçı Yerji Dudek karyerası ərzində yolları kəsişdiyi bəzi komanda yoldaşları və rəqibləri barədə düşüncələrini bölüşüb.

Apasport.az saytının məlumatına görə, Dudek, xüsusən də, Lionel Messi, Raul Qonzales və Kriştiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib.

49 yaşlı keçmiş qapıçı Messini təxribatçı, Ronaldonu isə eqoist adlandırıb: “Messi bütün “Barselona” oyunçuları və Pep Qvardiola kimi təxribata əl atmağı xoşlayırdı. Onlar həmişə səni incitməyə hazır idilər və çox vaxt buna nail olurdular. Messinin Pepe və Serxio Ramosa o qədər kobud sözlər dediyini görmüşəm və eşitmişəm. Raul Qonzales də çox təkəbbürlü idi. Kriştiano Ronaldo isə eqoistdir, lakin qalib gəlməyə çox həvəslidir. Əminəm ki, o, qolu olmadan 5:0 hesablı qalibiyyətdənsə, qolu ilə 1:0 hesablı qələbə qazanmağa üstünlük verərdi”.

Qeyd edək ki, Yerji Dudek 2001-2007-ci illərdə “Liverpul”da, 2007-2011-ci illərdə isə “Real”da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0