Dünyanın ən bahalı 10 müdafiəçisi: İlk 2 pillədə "Siti" imzası
28.12.2023 - 21:56
Dünyanın ən bahalı 10 müdafiəçisi: İlk 2 pillədə "Siti" imzası

Məşhur "Transfermarkt" portalı dünyanın ən bahalı 10 müdafiəçisinin adlarını açıqlayıb.

Apasport.az nəşrə istinadən xəbər verir ki, ilk 2 pilləni İngiltərənin "Mançester Siti" klubundan Yoşko Qvardiol və onun komanda yoldaşı Ruben Diaş bölüşdürür.

Hər iki oyunçunun qiyməti 80 milyon avro göstərilib. "Arsenal"dan Uilyam Saliba (75 milyon avro) isə 3-cü pillədə qərarlaşıb.

Almaniyanın "Bavariya" komandasından Alfonso Deyvis, İspaniya "Barselona"sından Ronald Arauxo, "Real"dan Eder Militao və İngiltərənin "Liverpul" kollektivindən Trent Aleksander-Arnold (hamısı 70 milyon avro) növbəti sıraları bölüşdürürlər.

"Bavariya"dan Mattiys De Liqt, İngiltərə təmsilçisi "Tottenhem"dən Kristian Romero və Fransa çempionu PSJ-dən Əşrəf Hakimi (hamısı 65 milyon avro) "10-luğ"u tamamlayırlar.

writer photo
Əlirza Əlirzalı
0