Səudiyyə Ərəbistanı Superkubokunun dünənki matçında “Əl-Nəsr” “Əl-Hilal” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı Ronaldo matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alıb.
“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus ulduz forvard Kristiano Ronaldonun komandadan uzaqlaşdırılması ilə bağlı fikirlərini bildirib:
“Kristiano futbol dünyasının ən vacib oyunçularından biridir. O, çoxlarına nümunədir, amma Ronaldo uduzmağa öyrəşməyib. Kristiano uğursuz olduqda başını itirir. O, belə oyunlarda zehni və emosional konsentrasiyasını itirir”.
Xatırladaq ki, qarşılaşma “Əl-Hilal”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.