“El Klasiko” öncəsi “Real”da itki
24.07.2022 - 00:00
“El Klasiko” öncəsi “Real”da itki

“Real” yenidən itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Madrid klubu hücumçusu Eden Azarın xidmətindən növbəti dəfə məhrum qalıb.

Buna səbəb belçikalı ulduz futbolçunun ABŞ-dakı təlim-məşq toplanışı zamanı zədələnməsidir. Həkimlər 31 yaşlı ön xətt oyunçusunun “Barselona” ilə keçiriləcək yoxlama görüşündə iştirakının sual altında olduğunu açıqlayıb. Baş məşqçi Karlo Ançelotti də onu “El Klasiko”da riskə atmaq istəmir.

Qeyd edək ki, bu gün Las-Veqasda keçiriləcək “Real” - “Barselona” matçı Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0