“El Klasiko”da oynayacağı dəqiqləşdi
12.10.2022 - 18:19
“El Klasiko”da oynayacağı dəqiqləşdi

“Real”ın futbolçusu Antonio Rudigerin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, almaniyalı müdafiəçi “Barselona” ilə “El Klasiko”da iştirak edə biləcək.

Çempionlar Liqasının “Şaxtyor”la görüşündə (1:1) başından xəsarət alan futbolçunun zədəsi ciddi deyil. Qapıçı ilə toqquşmada xəsarət alan Rudigerin başına 20 tikiş qoyulub. Lakin onun sümük və beyin zədəsi aşkarlanmayıb.

Qeyd edək ki, La Liqanın IX turunun “Real” – “Barselona” qarşılaşması oktyabrın 16-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0