Ən çox maaş alan məşqçi ilə daha 2 illik müqavilə
19.09.2023 - 14:19
Ən çox maaş alan məşqçi ilə daha 2 illik müqavilə

Madrid "Atletiko"su baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmaq qərarına gəlib.

Apasport.az saytı xəbər verir ki, paytaxt klubu 53 yaşlı argentinalıya 2 illik müqavilə təklif edəcək.

Klub rəhbərliyi oktyabrda milli komandaların oyunları üçün yaranan fasilə zamanı məşqçi ilə danışıqlar aparmaq istəyir.
2011-ci ildən komandaya rəhbərlik edən mütəxəssisin Madriddə qalmağa razı olduğu və bu səbəbdən də yeni müqavilənin imzalanmasına qarşı çıxmadığı bildirilir. 

Qeyd edək ki, ən çox maaş alan baş məşqçi ünvanının sahibi Dieqo Simeonenin “Atletiko” ilə müqaviləsi bu mövsümün sonuna kimidir.
 

writer photo
Əlirza Əlirzalı
0