Kaku: "Mənə elə gəldi ki, Ronaldo Ərəbistanda kef çəkir"
30.04.2023 - 00:32
<span ><b>Kaku: "Mənə elə gəldi ki, Ronaldo Ərəbistanda kef çəkir"</b>

“Kriştianu hər şeyi dəyişdi. Həm azarkeş dəstəyi, həm də rəqabət baxımından. Onun sayəsində çempionat bütün dünyada daha da populyarlaşdı. O, tarixin ən yaxşılarından biridir, ona qarşı oynamaq inanılmaz bir şeydir".

Apasport.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Taaevun klubunun yarımmüdafiəçisi Alexandro Romero deyib.

Kaku ləqəbli 28 yaşlı futbolçu Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanı çempionatına necə təsir etdiyini söyləyib:

“Oyundan sonra onunla bir az danışdım və mənə elə gəldi ki, o, Səudiyyə Ərəbistanında kef çəkir. Amma o da bilir ki, bizi çox çətin çempionat gözləyir”.

Qeyd edək ki, Kriştianu Ronaldo "Əl-Nəsr"ə bu qış transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0