İtaliyada ən çox qazanan məşqçilərin adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya “Yuventus”un baş məşqçisi Massimiliano Alleqeri başçılıq edir.
Onun illik məvacibi 9 milyon avrodur. İkinci yerdə 7 milyon avro ilə “Roma”nın çalışdırıcısı Joze Mourinyo qərarlaşıb. “İnter”in baş məşqçisi Simone İnzaginin illik qazancı 4 milyon avrodur. “Milan”a ötən mövsüm A seriyası çempionluğunu qazandıran Stefano Pioli isə 3,5 milyon avro ilə 4-cü sırada qərarlaşır.
A seriyasına başçılıq edən “Napoli” və ikinci sıradakı “Atalanta”nın baş məşqçiləri Luçano Spalletti ilə Canpyero Qasperininin məvacibi adları sadalanan məşqçilərdən qat-qat aşağıdır.