Ən məhsuldar qapıçı
05.01.2023 - 09:36
Ən məhsuldar qapıçı

2022-ci ilin ən məhsuldar qapıçısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilin qolkiper bombardirini İFFHS müəyyənləşdirib.

Qaspar Servio ötən il hamıdan çox qol vurub. 30 yaşlı argentinalı qapıçı 4 dəfə fərqlənib.

“Rosario Sentral”da çıxış edən qolkiper çempionatda 3, kubokda 1 qola sevinib. O, bütün qolları penaltidən vurub.

Qeyd edək ki, Servio ardıcıl ikinci dəfə qapıçılar arasında bombardir olub. 2021-ci ildə Paraqvay “Quarani”sində forma geyindiyi vaxt Qaspar 7 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0