“Globe Soccer Awards” mükafatına namizədlər açıqlanıb.
Apasport.az xəbər verir ki, 2023-cü ilin ən yaxşı futbolçusu adına 30 futbolçu iddia edir.
Siyahıda “Mançester Siti”nin 9 futbolçusu yer alıb. Namizədlər sırasına Səudiyyə Ərəbistanı klublarında forma geyinən oyunçular da daxil edilib.
Nikolo Barella, Lautaro Martines (hər ikisi “İnter”), Xulian Alvares, Kevin De Bruyne, Ruben Diaş, Ederson, Fil Foden, Cek Qriliş, Erlinq Haland, Rodri, Bernardu Silva (hamısı “Mançester Siti”), Cud Bellinqem, Luka Modriç, Vinisius Junior (hamısı “Real”), Kərim Benzema (“Əl-İttihad”), Yassin Bunu (“Əl-Hilal”), Antuan Qrizmann (“Atletiko”), İlkay Gündoğan, Robert Levandovski (hər ikisi “Barselona”), Harri Keyn, Min-Ce Kim (hər ikisi “Bavariya”), Xviça Kvaratsxeliya, Viktor Osimhen (hər ikisi “Napoli”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Martin Edeqor, Bukayo Saka (hər ikisi “Arsenal”), Andre Onana (“Mançester Yunayted”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Məhəmməd Salah (“Liverpul”).