Entonidən zorakılıq etməsinə cavab: “Əllərindən tutdum...”
09.09.2023 - 15:00
Entonidən zorakılıq etməsinə cavab: “Əllərindən tutdum...”

“Mançester Yunayted”in futbolçusu Entoni təcavüz və məişət zorakılığı ittihamlarına cavab verib.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı braziliyalı ona şər atıldığını iddia edərək, deyilənləri qəbul etmədiyini bildirib.

Xüsusilə keçmiş sevgilisi Qabriela Kavallinin söylədiklərinin böhtandan ibarət olduğunu qeyd edən hücumçu ona qarşı kobudluq etmədiyini deyib: “Mən işim olduğunu və getməli olduğumu söylədim. Qabriela isə boşqabları və fincanları yerə çırpmağa başladı. Bundan sonra sevgilimi sakitləşdirmək üçün əllərindən tutdum. Məqsədim onu incitmək deyildi”.

Qeyd edək ki, Qabriela Kavallin San-Paulu polisinə şikayət edərək futbolçunun hücumuna və təcavüzünə məruz qaldığını bildirib. Hazırda Braziliya polisi iddiaları araşdırmaqla məşğuldur.

writer photo
Əlirza Əlirzalı
0