Azərbaycan mətbuatına itki üz verdi
04.02.2023 - 00:42
Azərbaycan mətbuatına itki üz verdi

Azərbaycan idman mətbuatı itki ilə üzləşib.

Apasport.az saytının xəbərinə görə, jurnalist Cavid Allahverdiyev 42 yaşında dünyasını dəyişib. Onun damarlarda tromb yaranmasından öldüyü bildirilir.

Qeyd edək ki, Cavid Allahverdiyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsinin və Mətbuat Şurasının üzvü idi.

O, 2021-ci ilin iyun ayında Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri seçilib. Ötən ildən Gənclər və İdman Nazirliyi tabeliyində Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbinin dərs hissə müdiri vəzifəsində çalışırdı.

Həmçinin, ötən ilin fevralında Azərbaycan Autizm Assosiasiyasının baş katibi seçilmiş, oktyabr ayında isə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin olunmuşdu.

Ailəli idi, 2 qızı, 1 oğlu vardı.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0