Kanselu “Arsenal”ın hədəfində
18.08.2023 - 21:11
Kanselu “Arsenal”ın hədəfində

Joao Kanselu “Arsenal”ın maraq dairəsinə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, zədəli Yurrien Timberi əvəzləyə bilər.

“Topçular” müdafiə xəttindəki problemi həll etməyə çalışırlar. London klubu “Mançester Siti”ni tərk etmək istəyən portuqaliyalı futbolçuya təklif göndərib. Ötən mövsümün ikinci hissəsini icarə əsasında Bavariya“da keçirən Kanselo ilə “Barselona”da maraqlanır. Kataloniyalılar 29 yaşlı futbolçunu icarəyə götürüb, növbəti mövsümdə transfer etməyi planlayır.

Qeyd edək ki, Timber  İngiltərə Premyer Liqasının ilk turunin “Nottingem Forest”lə qarşılaşmasında zədələnib.
 

writer photo
Əlirza Əlirzalı
0