Ərəblərdən "Liverpul"un müdafiəçisinə cazibədar təklif
14.06.2024 - 21:56
Ərəblərdən "Liverpul"un müdafiəçisinə cazibədar təklif

Niderland millisinin futbolçusu Vircil Van Deyk dünyanın ən çox qazanan müdafiəçisi ola bilər.

Apasport.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli oyunçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in təklifini qəbul edəcəyi halda bu statusa yiyələnəcək.

"Əl-Nəsr" rəhbərliyi hazırda "Liverpul"un formasını geyinən futbolçunun agenti ilə görüşüb.

Qeyd edək ki, Kriştianu Ronaldunun da çıxış etdiyi "Əl-Nəsr" "Yuventus"un qapıçısı Voytsex Şensnını da "Rənglərinə bağlamağı" düşünür. 

writer photo
Əlirza Əlirzalı
0