Emre Morun yeni komandası bəlli olub
14.09.2024 - 11:49
Super Liqa klublarından “Fənərbaxça” futbolçusu Emre Moru icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü “Eyüpspor”da keçirəcək.
Mor 2022-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi.
O, İstanbul klubunda 49 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.
0
0