İngiltərə klubu Qabon millisinin futbolçusunu transfer etdi
14.01.2023 - 01:14
İngiltərə klubu Qabon millisinin futbolçusunu transfer etdi

"Vulverhempton" Qabon millisinin və "Nitsa"nın dayaq yarımmüdafiəçisi Maryo Leminanı transfer etdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ingilis klubu ilə müqaviləsinin müddəti daha 1 il uzadılmaq şərti ilə 2,5 ildir.

Qeyd edək ki, bu mövsüm Maryo Lemina "Nitsa" ilə bütün turnirlərdə 22 matça çıxıb. O, 1 qol və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0