Ever Baneqa Argentinaya geri döndü
22.01.2024 - 13:07
Ever Baneqa Argentinaya geri döndü

Ever Baneqa Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunu tərk edib.

Apasport.az xəbər verir ki, 35 yaşlı mərkəz yarımmüdafiəçisi vətəni Argentinaya qayıdıb.

Veteran futbolçu bundan sonra "Nyuells Old Boyz" klubunun şərəfini qoruyacaq. Ever 2025-ci ilə kimi bu komandada çıxış edəcək.

Qeyd edək ki, “Əl-Şabab”ın heyətində 19 matçda iştirak edən Baneqa 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

writer photo
Əlirza Əlirzalı
0