Fabreqas özünə klub tapdı
25.07.2022 - 09:50
Fabreqas özünə klub tapdı

İspaniya milli komandasının sabiq futbolçusu Sesk Fabreqasın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını İtaliya B seriyasında davam etdirəcək.

35 yaşlı futbolçu “Komo” klubuna keçəcək. Tərəflər arasında şifahi razılıq əldə olunub.

İspan futbolçu gələn ay İtaliyaya yollanaraq tibbi müayinədən keçməlidir. Sesk yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fabreqasın son klubu “Monako” olub.
 

writer photo
Əlirza Əlirzalı
0