Fati Xavidən narazıdır
24.10.2022 - 22:23
Fati Xavidən narazıdır

“Barselona”nın hücumçusu Ansu Fati komandadakı durumundan məmnun deyil.

Apasport.az saytının məlumatına görə, müntəzəm oynamamaq 19 yaşlı forvardın narazılığına səbəb olub.

İspaniya millisinin üzvü daim əsas heyətdə çıxış etmək niyyətindədir. O, baş məşqçi Xavinin heyət seçimini bəyənmir. Buna baxmayaraq, çalışdırıcı gənc futbolçunun buna hələ hazır olmadığını düşünür. Vəziyyət bu şəkildə davam edərsə, Fati mövsümün sonunda komandadan ayrılmaq barədə fikirləşə bilər.

Qeyd edək ki, Ansu Fati bu mövsüm bütün turnirlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0