Fatih Terim klub alır
27.03.2023 - 12:41
Fatih Terim klub alır

Fatih Terim klub almaq arzusuna düşüb.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, “İmperator” ləqəbli 69 yaşlı mütəxəssis bu mövsüm Türkiyə Birinci Liqasına vəsiqə qazanan “Bodrumspor”la maraqlanmağa başlayıb.

Bildirilir ki, 2022-ci ilin əvvəlində “Qalatasaray”ın baş məşqçi postundan istefa verən məşqçinin nümayəndələri ilə komanda rəsmiləri arasında ilkin görüş baş tutub. Hətta razılaşmanın müsbət yekunlaşacağı istisna olunmur.

Qeyd edək ki, “Bodrumspor” 27 matçdan sonra 42 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır. 

writer photo
Əlirza Əlirzalı
0