"Panatinaikos"un baş məşqçisi Fatih Terim Anastasios Bakasetasın sabah klubla müqavilə imzalayacağını bildirib.
Apasport.az xəbər verir ki, Terim bu sözləri "Panatinaikos" - "Asteras" (2:0) qarşılaşmasından sonra jurnalistlərə açıqlamasında bildirib.
70 yaşlı mütəxəssis Bakasetasın sabah gələcəyini vurğulayıb: "Qalatasaray"ı çalışdırarkən o, "Trabzonspor"da oynayırdı. Bir-birimizi yaxşı tanıyırıq. Bakasetas bu gün komandası ilə vidalaşdı. "Trabzonspor"a transferin baş tutmasında maneə yaratmadığı üçün təşəkkür edirəm".
Qeyd edək ki, Fatih Terimin komandası "Asteras" üzərində qələbədən sonra 44 xalla lider PAOK-a çatıb.