“İtaliya futbolunun hazırkı durumu məni çox narahat edir. Dünya və Avropa çempionatlarının finallarından kənarda qalmaq bizim üçün faciə hesab edilməlidir”.
Apasport.az saytı xəbər verir ki, italiyalı veteran futbolçu Fabio Kannavaro yığmalarının Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə oyun öncəsi durumunu dəyərləndirərkən deyib.
43 yaşlı müdafiəçi millinin güclənməyə ehtiyacı olduğunu düşünür: “Biz iki dəfə dünya çempionatından kənarda qaldıq. Düşünürəm ki, problemlər həm idarəçiliklə, həm də texniki planla bağlıdır. İtaliya futbolunu gücləndirməliyik”.
Qeyd edək ki, İtaliya və Ukrayna arasındakı matç bu gün saat 22:45-də başlayacaq. Finallara vəsiqə şansına malik olan “Skudra adzurra” qrupda keçirdiyi 3 matçdan 4 xal toplayıb.