Lautarodan 10-cu qol
17.05.2023 - 09:50
Lautarodan 10-cu qol

Lautaro Martines “İnter”in heyətində Çempionlar Liqasında 10-cu qolunu vurub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu yarımfinalın “Milan”la cavab oyununda fərqlənib.

O, komandasına 1:0 hesablı qələbə qazandırıb. Lautaro “İnter”in turnirdəki bombardirləri siyahısında 4-cü yerə şərik olub.

Cənubi amerikalı eyni sayda qol vuran Samuel Etooya çatıb. Mütləq rekordçu isə 14 qol vuran Adrianodur. Xulio Krus və Ernan Krespo hərəyə 11 dəfə fərqlənib.

Qeyd edək ki, ilk oyunda da 2:0 hesablı qələbə qazanan “İnter” finala yüksəlib.
 

writer photo
Əlirza Əlirzalı
0