“Fənərbaxça” 2 futbolçusunu icarəyə göndərdi
16.09.2023 - 15:36
Türkiyədə yay transfer pəncərəsinə yekun vurulub.
Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” son gündə iki futbolçusunu icarəyə verib.
İstanbul təmsilçisi komandanın gənc oyunçularından Omar Fayed və Jin-ho Jonu Serbiyanın “Novi Pazar” klubuna göndərib. Hər iki oyunçu mövsümün sonuna qədər bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Serbiya Super Liqasında 16 komanda iştirak edir. Mövsümə uğursuz başlayan “Novi Pazar” 6 matçdan sonra topladığı 7 xalla 11-ci pillədə yer alır.
0
0