“Fənərbaxça” 3 legionerlə vidalaşacaq
17.11.2023 - 14:07
“Fənərbaxça” 3 legionerlə vidalaşacaq

"Fənərbaxça" ən azı 3 legioner futbolçu ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, buna səbəb TFF-in 14 əcnəbi futbolçu qaydasıdır.

Belə ki, yanvarda reallaşacaq 2 transfer və Linkoln Henrikenin zədədən dönməsini nəzərə alsaq, "sarı-lacivərdlilər"in heyətində legioner futbolçuların sayı 17-yə çatacaq.
Baş məşqçi İsmail Kartal komandadan ayrılacaq adları müəyyənləşdirməyə çalışır. Verilən şansları lazımi səviyyədə dəyərləndirməyən Rayan Kent və zədəsini sağalda bilməyib ardıcıl performansa nail ola bilməyən Coşua Kinq satılmağa ən yaxın olan iki addır.

Qeyd edək ki, Mişi Batşuayinin də komandadan gedəcəyi gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0