"Fənərbaxça" azarkeşlərini qəzəbləndirən daha bir transfer
09.07.2024 - 12:05
"Fənərbaxça" azarkeşlərini qəzəbləndirən daha bir transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Trabzonspor” Attila Szalaini hədəf alıb.

Apasport.az xəbər verir ki, “Qara dəniz”lilər Attilanın klubu “Hoffenheym”lə razılığa çox yaxındır. Futbolçunun özü də yeni komandaya qoşulmağa isti yanaşır.

“Fənərbaxça”dan 12,3 milyon avro qarşılığında alman klubuna keçən macar müdafiəçi ötən mövsüm icarə əsasında “Frayburq”da oynayıb.

Qeyd edək ki, “Hoffenheym”lə müqaviləsi 2027-ci ilə qədər olan Attila keçən sezon cəmi 8 oyunda meydana çıxıb. 
 

writer photo
Əlirza Əlirzalı
0