“Fənərbaxça” "Sassuolo"dan futbolçu transfer etdi
31.07.2023 - 12:35
“Fənərbaxça” "Sassuolo"dan futbolçu transfer etdi

“Fənərbaxça” yeni futbolçu ilə güclənib.

Apasport.az saytı xəbər verir ki, "Sassuolo"nun müdafiəçisi Mərt Muldur karyerasını Türkiyədə davam etdirəcək.

İstanbul klubu italyanlarla danışıqlarda ortaq məxrəcə gəlib. Qarşı tərəfə 3,5 milyon avro ödəməyə razı olan “sarı-lacivərt”lilər Türkiyə millisinin 24 yaşlı futbolçusu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb. 

Qeyd edək ki, son mövsümdə zədə səbəbində cəmi 3 oyunda iştirak edən Muldur fərqlənə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0