Super Liqa nəhənglərindən "Fənərbaxça" karyerasını Səudiyyə Ərəbistanı komandalarından olan "Əl Əhli"də davam etdirən Türkiyə millisinin futbolçusu Merih Demiralla maraqlanır.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdli" komandanın Merihin transferi üçün araşdırmalar aparır.
"Fənərbaxça" hər zaman ürəyimdə yaradır” deyən 27 yaşlı müdafiəçinin bu transferə müsbət yanaşdığı iddia edilib.
Lakin onun “Əl-Əhli” klubunun bu vəziyyətə necə yanaşacağı bəlli deyil.
Qeyd edək ki, Merih Demiral 30 avqustda "Şükrü Saracoğlu İdman Kompleksi"ndə baş tutan "Fənərbaxça" - "Alanyaspor" matçını tribunadan izləyib.