"Fənərbaxça"da yeni gündəm: Antoni Marsial
09.01.2024 - 18:25
"Fənərbaxça"da yeni gündəm: Antoni Marsial

“Fənərbaxça” transfer xəbərləri ilə yenidən gündəm olub.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, “sarı-lacivərdlilər"in çalışdırıcısı İsmail Kartal “Mançester Yunayted”in futbolçusu Antoni Marsialı komandada görmək istəyir.

62 yaşlı mütəxəssisin istəyi ilə klub rəhbərliyi “Qırmızı şeytanlar”la danışıqlar apararaq futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, Antoni Marsial bu mövsüm Premyer Liqada çıxdığı 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0