“Neftçi” və “Spartak” arasında memorandum imzalanıb
18.07.2023 - 21:07
“Neftçi” və “Spartak” arasında memorandum imzalanıb

“Neftçi” PFK ilə Rusiyanın “Spartak” (Moskva) klubu arasında bir illik memorandum imzalanıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Moskvada iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib.

Memorandum əsasında iki klub arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Qeyd edək ki, bu gün “Neftçi” və “Spartak” arasında yoldaşlıq oyunu keçirilir.

writer photo
Əlirza Əlirzalı
0