"Milan" azarkeşlərinə bəd xəbər
12.02.2024 - 09:42
"Milan" azarkeşlərinə bəd xəbər

"Milan"ın kapitanı zədələnib.

Apasport.az xəbər verir ki, hadisə İtaliya A Seriyasının XXIV turunun "Napoli" (1:0) ilə matçında qeydə alınıb.

Müdafiəçi Davide Kalabria matçın 37-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. 27 yaşlı italyanın əvəzinə meydana Alessandro Florenzi daxil olub. Arxa xətt oyunçusunun nə zaman geri qayıdacağı bəlli deyil.

Qeyd edək ki, “Milan” akademiyasının məzunu olan Kalabriya bu mövsüm 29 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0