"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi - YENİLƏNİB
19.06.2024 - 14:21
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də reallaşacaq.
0
0