Messinin son durumu bəlli olub
30.03.2024 - 12:44
Messinin son durumu bəlli olub

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Amerika klubunun hücumçusu Lionel Messinin səhhəti barədə danışıb.

Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə "Sport.es" portalına danışıb. 

61 yaşlı mütəxəssis ulduz futbolçunun dizindən zədələndiyini bildirib:  “O, fizioterapevtlərlə işləyir, lakin sabahkı oyuna hazır deyil. Messi meydana çıxmayacaq, amma növbəti oyunda onun oynaması üçün əlimizdən gələni etməyə çalışacağıq. O, tibbi heyətlə çalışır”.

Nəticədə Messi martın 31-də baş tutacaq "Nyu-York Siti" ilə matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, 36 yaşlı futbolçu martda Argentinanın El Salvador və Kosta-Rika ilə keçirilən 2 yoldaşlıq görüşünü buraxıb.

writer photo
Əlirza Əlirzalı
0