“Fənərbaxça”dan Ərəbistan yarımadasına
15.01.2024 - 16:24
Ryan Kent Səudiyyə Ərəbistanına transfer olunmağa yaxındıdr.
Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın cinah oyunçusuna “Əl İttifaq” elçi düşüb.
İddialara görə, ərəblər 27 yaşlı ingilisin transferi üçün qarşı tərəfə 4 milyon avro təklif ediblər. Danışıqların davam etdiyi, keçidin yaxın günlərdə rəsmiləşəcəyi iddia olunur.
Qeyd edək ki, “Əl İttfifaq” komandasına hazırda İngiltərə futbolunun əfsanələrindən olan Stiven Cerard başçılıq edir. Kent Şotlandiyada “Reyncers” forması geyindiyi zaman məhz Cerardın rəhbərliyi altında çıxış edib.
0
0