"Fənərbaxça"nın yeni transferi İstanbula gəlib
16.07.2024 - 09:09
"Fənərbaxça"nın yeni transferi İstanbula gəlib

Türkiyə Super Liqası nəhənglərindən "Fənərbaxça" "Alanyaspor"dan futbolçu Oğuz Aydının transferi ilə bağlı ilkin razılıq əldə edib. 

Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərdli" klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Oğuz Aydın tibbi müayinədən keçmək və transfer danışıqlarını davam etdirmək üçün İstanbula gələcək. 

23 yaşlı sağ cinah yarımmüdafiəçisi ötən mövsüm "Alanyaspor"un heyətində 38 matçda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0